Pyer Ferma

Pyer Ferma
fr. Pierre de Fermat
Doğum tarixi
Vəfat tarixi (63 yaşında)
Uşağı 8, 5
Elm sahələri ədədlər nəzəriyyəsi, qanun, riyaziyyat[1], ehtimal nəzəriyyəsi[1], riyazi analiz[1], Analitik həndəsə[1], optika[1], Ferma ədədləri[1], Böyük Ferma teoremi[1]
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pyer Ferma (fr. Pierre de Fermat; d. 1601 – ö. 1665) — Fransız riyaziyyatçı, məşhur Böyük Ferma teoreminin yaradıcısı. O, XVII əsrin ən nəhəng riyaziyyatçılarından biridir. Ədədlər nəzəriyyəsi, həndsə, cəbr, riyazi analiz (maksimum və minimumların tapılma üsulları), ehtimal nəzəriyyəsilə məşğul olmuşdur. Rena Dekartla birlikdə analitik həndəsənin yaradıcılarında biridir. Ədədlər nəzəriyyəsində onun iki teoremi – Fermanın böyük və kiçik teoremləri xüsusilə məşhurdur[2]. Fransız riyaziyyatçısı Ferma Pyer, Tuluz şəhərində parlamentdə məsləhətçi işləmişdir. Heç bir kitab yazmamışdır (o vaxtlar elmi jurnallar da yox idi). Ondan yalnız dostlarına yazdığı məktublar qalmışdır, lakin bu məktublarda riyaziyyata aid faktlar Fermanı Fransanın ən böyük riyaziyyatçılarından birinə çevirir. P. Ferma və B. Paskalın bir-birinə, yazdıqları məktublardakı faktlar Ehtimal nəzəriyyəsinin inkişaf tarixinin başlanğıcıdır. Fermanın əyriyə toxunan düz xəttin qurulmasına, əyrixətli trapesiyanın sahəsinin tapılmasına, əyrinin uzunluğunun hesablanmasına tətbiq etdiyi, üsullar diferenesial və inteqral hesabının yaradılmasına yol açdı. Bunlara baxmayaraq, Fermanı məşhurlaşdıran onun ədədlər nəzəriyyəsinə aid işləri olmuşdur. Fermanı həlli olmayan məsələlər daha çox maraqlandırırdı. Onun ən məşhur "mümkünsüzlük" haqqında təklifi Fermanın böyük teoremidir .

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.606

Developed by StudentB